Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qara Mustafayev vəfat edib.
Bakı Dövlət Universitetindən Tehsil-press.az-a bildiriblər ki, alimlə keçirilən vida mərasimində rektor, akademik Abel Məhərrəmov görkəmli alimin həyat və fəaliyyətindən söz açıb. Akademik bildirib ki, 1931-ci ildə anadan olan Qara müəllim 1954-cü ildə BDU-nu, 1958-ci ildə isə AMEA-nın aspiranturasını bitirib. O, 1959-cu ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən taleyini BDU ilə bağlayan alim 50-dən çox kitab, 600-dən çox elmi məqalə, 400-dək dövrü mətbuat məqaləsinin müəllifi olub, 45 tədris proqramı tərtib edib, beş telefilmə ssenari yazıb.
Rektor bildirib ki, “Biotik əlaqələr” haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyasının müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb. Professor Qara Mustafayevin biologiya fakültəsində dekan müavini, fakültə metodik şurasının sədri və dekan vəzifələrində işlədiyini bildirən rektor alimin “Şöhrət” ordeninə layiq görüldüyünü və Prezident təqaüdçüsü olduğunu bildirib. Görkəmli alim, eyni zamanda, universitetin elmi şurasının qərarı ilə bu ali məktəbin “Fəxri professoru” adına layiq görülüb.
Biologiya fakültəsinin dekanı Akif Quliyev qeyd edib ki, professor Qara Mustafayev əhalinin ətraf mühit ilə əlaqəsini sosial mühit ilə vəhdətdə tədqiq edib. O, 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycan dövlət televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olub.
Professor Canbaxış Nəcəfov alimin onurğalılar zoologiyası, onun ekoloji istiqaməti barədəki xidmətlərindən danışıb, bu sahə üzrə 13 elmlər namizədi və iki elmlər doktoru yetişdirdiyini bildirib.
Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mustafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.