
İmperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin rektoru Aleksandr Panıçev rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, fakültələri, verdiyi ixtisaslar, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verib. O vurğulayıb ki, universitetlər arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq səmərəli nəticələr verə bilər.
Görüşdə hər iki universitet arasında gələcəkdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, ikili diplom layihələri, tələbə-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi və s. məsələlərə toxunulub. Sonda hər iki təhsil müəssisəsi arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Əməkdaşlıq müqaviləsi imzalanıb.
AzMİU-nun Mətbuat Xidməti



