UNEC-də kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə dair müzakirələr aparılıb

UNEC-də kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə dair müzakirələr aparılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə vergi siyasətinin təsirləri və vergi hesablamaları” mövzusunda təlim təşkil edilib.
Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev UNEC-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Strateji Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb. S.Tanrıverdiyev bildirib ki, Strateji Plan çərçivəsində həyata keçiriləcək təlimlərdə nəzərdə tutulan mövzular kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti çərçivəsində meydana çıxa biləcək praktiki məsələləri özündə ehtiva edir.
Sonra maliyyə və maliyyə institutları kafedrasının dosenti Zöhrab Paşayevin “Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə vergi siyasətinin təsirləri” mövzusunda məruzəsi dinlənilib.
Vergilər Nazirliyinin Tədris Mərkəzinin tədris və metodika şöbəsinin rəisi, dosent Ramiz Məhərrəmov “Kiçik və orta sahibkarlıq subyektləri üçün vergi hesablamaları” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vergitutma məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər