Mütəxəssislər UNEC-də tətbiq edilən elektron universitet modelini nümunə göstəriblər

Mütəxəssislər UNEC-də tətbiq edilən elektron universitet modelini nümunə göstəriblər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təkmilləşdirilmə kursları təşkil edilib.
Kurslar “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin strateji planı (2017-2020-ci illər üçün)” çərçivəsində keçirilib.
İkigünlük kurslarda “Ultra Technologies” şirkətinin mütəxəssisləri UNEC-də tətbiq edilən elektron universitet modelini nümunə göstərərək bu ali təhsil ocağının İKT-dən uğurla istifadə etdiyini bildiriblər.
İnformasiya texnologiyalarının dünyada çox sürətlə inkişaf etdiyini bildirən mütəxəssislər bu istiqamətdə biliklərin mütəmadi yenilənməsinə ehtiyac olduğunu vurğulayıblar. Onlar İKT sahəsindəki tendensiyalardan bəhs edib, müasir tədris texnologiyalarından söz açıblar.

UNEC-in Mətbuat Xidməti


Mütəxəssislər UNEC-də tətbiq edilən elektron universitet modelini nümunə göstəriblər

Oxşar xəbərlər