Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları Komitədə işlə təmin olunublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları Komitədə işlə təmin olunublar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.
2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədən kənar işə qəbul ediliblər.
Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

Mətbuat Xidməti

Oxşar xəbərlər