Peşə təhsili müəssisələri ilə özəl sektor arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Peşə təhsili müəssisələri ilə özəl sektor arasında əməkdaşlığa dair müzakirələr aparılıb Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələri ilə özəl sektor nümayəndələri arasında dual sistemə bənzər peşə təhsili sahəsində əməkdaşlığa dair “dəyirmi masa” keçirilib.
Tədbirdə peşə təhsili və təlimi sahəsində aparılan islahatlar, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən dövlət-özəl sektor əməkdaşlığının istiqamətləri, peşə təhsili müəssisələri ilə özəl sektor arasında əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunub, işəgötürənlərin peşə təhsili sistemində yaxından iştirakının vacibliyi qeyd edilib.
Tədbirin sonunda spesifik sektorun ehtiyacına hədəflənmək üçün işçi qruplarının yaradılması barədə razılıq əldə olunub.
“Dəyirmi masa”da Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən və peşə təhsili müəssisələri ilə kənd təsərrüfatı, eləcə də turizm sahəsində əməkdaşlıq edən 20-yə yaxın müəssisənin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dual sistemə bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması (ED VET) layihəsi çərçivəsində təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər