Gənc ixtiraçı Reyhan Camalova qazandığı təcrübəni məktəblilərlə bölüşüb

Gənc ixtiraçı Reyhan Camalova qazandığı təcrübəni məktəblilərlə bölüşüb YAP Binəqədi rayon təşkilatında gənc ixtiraçı Reyhan Camalova ilə paytaxt məktəbliləri arasında görüş keçirilib.
283 nömrəli tam orta məktəbin X sinif şagirdi, gənc ixtiraçı, “ASAN xidmət”in ideya müvəkkili, dünya üzrə 100 qadından biri seçilən Reyhan Camalova uğur hekayəsindən danışıb. O, qazandığı təcrübəni məktəblilərlə bölüşüb, kiçik təşəbbüslərin və əzmkarlığın onun həyatında mühüm rol oynadığını bildirib.
Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından danışan R.Camalova ixtirası haqqında da geniş məlumat verib. İxtiraçı motivasiyaedici çıxışı ilə şagirdlərə öyrənmənin, özünü kəşfetmənin dəyərindən, seçdikləri hədəf uğrunda sona qədər mübarizə aparmağın vacibliyindən söz açıb.
Tədbirdə çıxış edən 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova gənc ixtiraçını təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər