Dünyanın ən nüfuzlu pasportu bu ölkənindir
“Passport İndex” pasportların reytinq cədvəlini hazırlayıb. Dünyanın ən nüfuzlu pasportu Birləşmiş Ərəb Əmirliklərininki (BƏƏ) hesab edilib. BƏƏ-nin baş naziri və Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Rəşid Əl Maktum reytinqdə ilk yeri tutmaları ilə bağlı bunları deyib:
“Dünya öz qapılarını BƏƏ xalqının üzünə açır”. Xarici işlər naziri şeyx Abdulla bin Zaedin sözlərinə görə isə, əmirliyin pasportlarının yüksək mövqe tutması pozitiv diplomatiyanın nəticəsinin göstəricisidir.
Tehsil-press.az
- Baxış: 5754
Xəbərin tarixi: 03.12.2018 / 09:58
-
Oxşar xəbərlər