İndoneziya Respublikasının Nümayəndələr Palatasının üzvləri ADU-da olub

İndoneziya Respublikasının Nümayəndələr Palatasının üzvləri ADU-da olub Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İndoneziya Respublikasının Nümayəndələr Palatasının 15 üzvü və 5 əməkdaşından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri professor Həbib Zərbəliyev, mərkəzin müdiri Laura Zərbəliyeva, İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənani, eyni zamanda Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.
Tədbirdə əməkdaşlıq perspektivləri, ölkələrarası əlaqələrin inkişafı haqqında müzakirələr aparılıb. Nümayəndələr ADU-da İndoneziya dilinin tədris olunmasının təqdirəlayiq hal olduğunu söyləyiblər.
İndoneziya Araşdırmalar Mərkəzi, buradakı kitablar, İndoneziya mədəniyyət nümunələri ilə yaxından tanış olan qonaqlar Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

ADU-nun Mətbuat Xidməti


İndoneziya Respublikasının Nümayəndələr Palatasının üzvləri ADU-da olub

Oxşar xəbərlər