
Nümayəndə heyətinin rəhbəri Ahmad Hanafi Rais səmimi qəbula görə təşəkkür etdi və ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. Respublikamıza ilk dəfə səfər etdiyini və Azərbaycana heyran olduğunu deyən Ahmad Hanafi Rais ölkələrimiz arasında bir sıra oxşarlıqların mövcudluğundan bəhs etdi. İndoneziya-Azərbaycan arasındakı münasibətlərdən söz açan A.H.Rais bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini nəzərə çatdırdı. İndoneziya dilinin universitetdə tədris edilməsini yüksək qiymətləndirən qonaq bu dilə marağı olan tələbələrin sayının artacağına ümidvar olduğunu vurğuladı.






Nümayəndə heyəti daha sonra Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdü. Görüşdə qonaqlar tələbələri maraqlandıran sualları cavablandırdılar.
Sonda İndoneziya Araşdırmalar mərkəzinə hədiyyələr təqdim olundu.
Qeyd edək ki, görüşdə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie də iştirak edirdi.



ADU-nun Mətbuat Şöbəsi