“Gənc Proqramçılar Dərnəyi”

“Gənc Proqramçılar Dərnəyi” Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə qalib olmuş Bərdə şəhər Akademik Z.Əliyeva adına məktəb-liseydə “Gənc Proqramçılar Dərnəyi” adlı layihə başa çatmışdır.
Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir şagirdin cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Şagirdləri qazandıqları bilikləri xeyirli məqsədlər naminə istifadəyə yönəltmək lazımdır. “Ən yüksəkdəki buluda tərəf gedin, ona çata bilməsəniz də, yüksək dağın zirvəsində olacaqsınız». (Şeri İneson)
Çətin çağırışlardan qorxmayan yaradıcı insan başqaları ilə əməkdaşlıqda qlobal problemləri dərindən anlayaraq dünyada görmək istədiyimiz dəyişikliklərin başında duracaq. Bütün istedadlı uşaqlar müxtəlif proqramlar tətbiq olunan xüsusi sinif və məktəblərdə oxumaq imkanına malik deyillər. İstedadlı uşaqlar arasında olan fərdi fərqlər isə artıq mövcud olan xüsusi proqramların diferensiallaşdırılması zərurətini yaradır.
Bu problemin həlli hal-hazırda Azərbaycan təhsilinin qarşısında duran vacib məsələlərdən biridir. Problemin həllinə təkan vermək üçün “GƏNC PROQRAMÇILAR” DƏRNƏYİ layihəsi təşkil edilmişdir.
Layihə üzrə dərnəkdə həm nəzəri, həm paraktik, həm də təqdimat bacarıqlarını təkmilləşdirmək üçün şagirdlərlə təlimlər keçirilmişdir. Məşğələlər həftədə 1 dəfə yaş qrupları üzrə 1 akademik saat (90 dəq) olmaqla (5 qrupla) keçirilirdi. 5,6,7-ci siniflər Alplogo, 8-9-cu siniflər üzrə iə Phyton proqramlaşdırma ilə bağlı nəzəri mövzular, müəyyən mövzular üzrə praktik işlər üzrə aparılmışdır.
“Ən yaxşı” təqdimat müəlliflərini müəyyən etmək üçün ekspert olaraq Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsitutunun layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Afət xanım Qasımova təlimdə iştirak etmiş şagirdlər ilə Bərdə Şəhər Akademik Z.Əliyeva adına məktəb-liseyin akt zalında görüş keçirmiş, şagirdlərə sertifikatlar verilmişdir.
“Təhsil üstünlük deyil, başlıca hüquqdur.” Mən də öz gücüm daxilində təhsilin gücünü və onun həyatı dəyişmək qabiliyyətini anlamaqda uşaqlara kömək məqsədi ilə bu layihəni həyata keçirdim.

İradə Baxşəliyeva
Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi qalibi

Oxşar xəbərlər