STEM kurikulumları sınaqdan keçirilir

STEM kurikulumları sınaqdan keçirilir Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib seçilmiş “İbtidai siniflərin kurikulumunun praktik STEM məşğələləri ilə zənginləşdirilməsi: müqayisəli analiz və pilot proqramlar" layihəsi uğurla icra olunur.
Layihə STEM Təhsil Mərkəzi ilə birgə həyata keçirilir. STEM təhsil metodu şagirdlərə dörd spesifik sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Artıq layihə çərçivəsində 11 müəllim üçün təlimlər keçirilib və məktəbdə istifadə etmək üçün STEM kurikulumları hazırlanıb.
Hazırda layihə çərçivəsində STEM dərsləri pilot olaraq 251 nömrəli tam orta məktəbin şagirdləri üçün sınaqdan keçirilir. Gələcəkdə isə dərnəklərdə, əmək və ya texnologiya dərslərində istifadə oluna bilər.
Məktəbin direktoru Aygün Əzizovanın rəhbərlik etdiyi layihə dekabrın 3-dək icra olunacaq.


Oxşar xəbərlər