Əfqanıstanda 28 terrorçu məhv edilib

Əfqanıstanda 28 terrorçu məhv edilib Əfqanıstanın Nanqarhar əyalətində hərbi hava qüvvələrinin təyyarələri İŞİD terrorçularının mövqelərinə zərbələr endiriblər.
Bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.
Bildirilir ki, hava zərbələri terrorçuların Açin rayonunun Şalhi kəndində yerləşən gizli sığınacağına endirilib.
Məlumata əsasən, məhv edilən terrorçular arasında İŞİD-in yüksək rütbəli 3 üzvü də olub.

Tehsil-press.az



Oxşar xəbərlər