Suriyada İŞİD-in daha bir komandiri məhv edilib

Suriyada İŞİD-in daha bir komandiri məhv edilib İŞİD-in malayziyalı komandiri Zaynuri Kamarudin Suriyanın Rakka şəhərində hava zərbələri nəticəsində ölüb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bunu Malayziya polisinin antiterror idarəsinin rəhbərinin birinci köməkçisi Ayub Xan Midin "Channel News Asia" telekanalına müsahibəsində deyib.
"Əldə olunan məlumatlara əsasən, yanvarın 13-də Suriyanın şimalında Rakka şəhərinə hökümət aviasiyası tərəfindən endirilən hava zərbələri nəticəsində İŞİD-in üzvü olan 3 malayziyalı məhv edilib. 50 yaşlı Zaynuri Kamarudin də onların arasında olub", - polis nümayəndəsi deyib.
Onun sözlərinə görə, Kamarudin, üzvləri İndoneziyadan, Malayziyadan və Filippindən olan İŞİD-in "Katibax Nusantara" dəstəsinin komandiri olub.

Tehsil-press.az

Oxşar xəbərlər