Əfqanıstanda 30 İŞİD və Taliban üzvü öldürülüb

Əfqanıstanda 30 İŞİD və Taliban üzvü öldürülüb Əfqanıstan təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlar zamanı 30 terrorçu məhv edilib. Bu barədə “TOLOnews” məlumat yayıb.
Məlumata əsasən, Nanqarhar əyalətinin Açin və Xocyani dairələrində terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 12 İŞİD yaraqlısı ölüb.
"Sinxua" agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri Qəzni əyalətində "Taliban" terrorçuları ilə toqquşma zamanı 18 silahlını məhv ediblər. Daha 27 terroçu isə yaralanıb. Atışma zamanı 2 polis əməkdaşı ölüb, 11-i yaralanıb.

Tehsil-press.az



Oxşar xəbərlər