Gənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilib

Gənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilib Mayın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Rəşid Behbudov 134 ilk ərazi təşkilatının iclası keçirilib. İclasda YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da iştirak edib. Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Məlahət İbrahimqızının bu günlərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək mükafata - “Şöhrət” ordeninə layiq görüldüyünü xatırladıb və ADU kollektivi adından millət vəkilini təbrik edib. Məlahət İbrahimqızının ictimai-siyasi fəaliyyətindən, millət vəkili kimi gördüyü işlərdən danışan Kamal Abdullla ona bundan sonrakı fəaliyyətində uğular arzulayıb. Xoş sözlərə görə Kamal Abdullaya öz təşəkkürünü bildirən millət vəkili Məlahət İbrahimqızı R.Behbudov 134 ərazi ilk partiya təşkilatının ölkəmizdə gedən ictimai-sosial və siyasi proseslərdə kifayət qədər aktiv olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Məlahət İbrahimqızı təşkilat üzvlərinin aprel ayında ölkəmizdə keçirilən prezident seçkilərində də kifayət qədər aktiv olduğunu qeyd edərək buna görə təşkilat üzvlərinə təşəkkür edib. Daha sonra 11 aprel prezident seçkilərində aktivlik göstərən ilk ərazi təşkilatının üzvlərinə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilib. Sonda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ərazi təşkilatı üzrə yeni üzvlərinə partiya vəsiqələri təqdim olunub.

ADU-nun Mətbuat Xidməti


Gənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilibGənclərə YAP icra katibliyi tərəfindən verilmiş təşəkkürnamələr təqdim edilib

Oxşar xəbərlər