
Məqalədə məşhur səyyah və diplomatın həyatı, səyahətləri, I Şah Təhmasiblə görüşü, sonuncu Moskva səfəri və əsərləri barədə maraqlı məlumatlar əksini tapıb.
Antoni Cenkinsonun gündəlik qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri, o cümlədən İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə dəyərli mənbələrdəndir. Onun ilk xarici səfəri “İpəkçi” şirkəti ilə 1546-cı ilin oktyabrında olub. Antoni Cenkinson Suriyaya gedərək 7 il Hələbdə yaşayıb.
Məlumatda diqqət çəkən maraqlı məqamlardan biri məşhur diplomatın 1561-1563-cü illərdəki ekspedisiyası və I Şah Təhmasiblə görüşüdür. O, 1561-1563-cü illərdə Volqa- Xəzər yolu ilə Azərbaycana gəlib, Səfəvi hökmdarı I Şah Təhmasiblə danışıqlar aparıb.
Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür:
https://az.m.wikipedia.org/wiki/Antoni_Cenkinson?fbclid=IwAR206Yxq2gN70vAyJDH2U4Pp4bQqg7kvkGkVDM8BFi5NSo01xux414gm5vM
Tehsil-press.az