Konqoda Ebola virusundan ölənlərin sayı 402 nəfərə çatıb

Konqoda Ebola virusundan ölənlərin sayı 402 nəfərə çatıb Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı sayı 402 nəfərə çatıb.
Bu barədə Konqonun səhiyyə nazirliyinin "Twitter" səhifəsində bildirilir.
Nazirliyin məlumatında deyilir: "Çərşənbə axşamı, 2019-cu il yanvarın 15-i üçün vəziyyət: 658 yoluxma halı, 609-u təsdiqlənib, 49-u isə mümkün. Virusun yayılması nəticəsində 402 nəfər həlak olub, 237 nəfər müalicə edilib, 200 şübhəli hal araşdırılır".
Bildirilir ki, avqustun 8-dən ölkədə 60460 nəfər vaksiyasiyadan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər