Emin və hamilə həyat yoldaşı məşhur "Hello!" jurnalında

Emin və hamilə həyat yoldaşı məşhur Azərbaycanın Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə Böyük Britaniyanın "Hello!" dərgisinə müsahibə verib.
Emin "Instagram" hesabında "Hello!"dan kadrlar bölüşərək, bunları qeyd edib:
"12 səhifəlik gözəl müsahibəyə görə "Hello!"ya təşəkkürümü bildirirəm. Bu, Alyona ilə mənim ilk eksklüziv müsahibəmiz idi. Əlbəttə ki, Rusiyadakı dostlarımıza da qızımızın dünyaya gəldiyi ərəfədə hazırlanan üz qabığına görə dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Hello!" Xalq artistinin həyat yoldaşının hamiləlik fotolarını yayımlayan ilk dərgi olub. Xatırladaq ki, Emin və Alyona Qavrilova 2018-ci il dekabrın 31-də valideyn olublar. Cütlüyün Afina adlı qız övladları dünyaya gəlib.

Hüseyn Məmmədsalahov



Oxşar xəbərlər