“3 milyon dollara yaxın ziyana düşdük...” - Emin Ağalarov

“3 milyon dollara yaxın ziyana düşdük...” - Emin Ağalarov Müğənni-bəstəkar Emin Ağalarov “Forbes”in Rusiya versiyasına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, Ağalarov bu il keçirilən “Jara” festivalı barədə maraqlı məqamlara toxunub.
Musiqi layihəsinin təşkilatçısı 2, 5 milyon dollar ziyana düşdüyünü açıqlayıb:
“Bu il “Jara” 5 milyon dollar xərclənib. Amma ötən il festivala 2, 6 milyon dollar pul ayırsaq da, biletlərin satışından isə 1, 2 milyon gəlir əldə etmişik. Keçən il 1, 4, bu il isə 2, 5 milyon dollar ziyana düşmüşük”.
Bundan əlavə, Emin festivalın inkişafı üçün atacağı addımlardan danışıb:
“Mən bu işə digər bizneslər kimi baxıram. Biz biznesin inkişafı üçün xeyli vaxt lazımdır. Məsələn, otel biznesində 10-12 il, daşınmaz əmlakda isə 8 -10 il lazımdır ki, biznesə yatırdığımızı geri götürək. Festival belə uğurla davam etsə, istərdim ki, beynəlxaq məşhurların çıxışı üçün ayrıca bir gün ayırım.
Misal üçün, ABŞ televizyasında festivalın canlı yayımını təşkil etmək olar, ildən ilə daha çox inkişaf olacaq. yayım İnkişaf olan halda “Jara”dan gəlir götürə biləcəm.

“3 milyon dollara yaxın ziyana düşdük...” - Emin Ağalarov“3 milyon dollara yaxın ziyana düşdük...” - Emin Ağalarov“3 milyon dollara yaxın ziyana düşdük...” - Emin Ağalarov

Oxşar xəbərlər