Prezidentliyə namizəd Nəsirovun Britaniyada gizli hesabı üzə çıxdı

Prezidentliyə namizəd Nəsirovun Britaniyada gizli hesabı üzə çıxdı Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri, prezidentliyə namizəd Roman Nəsirovun Böyük Britaniyada 300 min dollarlıq gizli hesabı olduğu üzə çıxıb.
İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun prokuroru Andrey Perov məhkəmədə bəyan edib ki, Nəsirov üç il ərzində Britaniyadakı bank hesabında həmin məbləği gizlədib.
Onun sözlərinə görə, hazırda həmin hesabla bağlı Britaniyada məhkəmə prosesi davam edir və yerli hüquq-mühafizə orqanları həmin pulları dondurmağı xahiş ediblər.
Prokuror, həmçinin bəyan edib ki, bundan xəbər tutan Nəsirov bu ilin yanvarın 16-da Ukrayna prezidentliyinə namizəd olduqdan sonra həmin 300 min dolları deklarasiyasında göstərib: “Lakin vəzifəsindən qovulmamışdan əvvəlki və digər bütün deklarasiyalarında Nəsirov həmin aktivləri göstərməyib”.
Prokuror məhkəmədən qeyd edilən vəsaitə həbs qoyulmasını istəyib. Məhkəmə isə həbs məsələsinə baxılmasını fevralın 14-də baş tutacaq növbəti iclasa qədər təxirə salıb.
“Mən bu hesabı deklarasiya etməmişəm, çünki orada dollarlar deyil, digər aktivlər var. Hansı aktivlər olduğunu daha sonra öyrənəcəksiniz” deyə Nəsirov ittihamlar qarşısında cavab verib.

Tehsil-press.az

Oxşar xəbərlər