
Bu barədə Ukraynanın İnzibati Dairə Məhkəməsi qərar qəbul edib. Bununla bağlı ictimaiyyətə açıqlamanı Nəsirovun vəkili Lyubomir Drozdovski verib. Roman Nəsirov bu gündən vəzifəsinin başına keçib.
Xatırladaq ki, 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.
Tehsil-press.az