Ukrayna Mərkəzi Seçki Komissiyası Petro Poroşenkonu prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçirib. Bununla da bu günə qədər qeydiyyatdan keçmiş namizədlərin sayı 41-ə çatıb. Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Prezidentliyə namizədlərin qeydiyyatdan keçməsi prosesi fevralın 8-də bitəcək.