Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 9-na gözlənilən hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə dumanlı olacaq. Qərb küləyi gündüz dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər