
Təlimlərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq mütəxəssislər tərəfindən təqdim olunan müasir avadanlıqların istifadə qaydaları ilə tanışlıqdır.
Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyin əməkdaşları, GDPTM-nin müəllim-pedaqoji heyəti, tələbələr və layihənin nümayəndələri iştirak edirlər.
Layihə çərçivəsində mərkəzdə tədris olunacaq mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis, dağ-mədən işləri üzrə mütəxəssis, məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis, plastik boru qaynaqçısı, tornaçı ixtisasları üzrə müasir standartlara cavab verən emalatxana yaradılıb və lazımi avadanlıqla təchiz edilib.
Tehsil-press.az