
Tur zamanı tələbələr STP-də fəaliyyət göstərən qaynaq quraşdırma və mexaniki emal zavodlarında, dəqiq emal sexində istehsal prosesini izləyiblər. Mütəxəssislər tələbələrə yeni texnologiya və avadanlıqların iş rejimi, emal prosesi haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, peşə təhsili müəssisələrində təhsil alanların müxtəlif sənaye müəssisələrinə infoturu “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarının yüksəkixtisaslı kadrlara olan tələbatının təmin edilməsi, müəssisələrlə sıx əlaqələrin yaradılması məqsədilə təşkil olunur.
Tehsil-press.az