
Peşə Təhsili üzrə Dövlət Agentliyi direktorunun və əməkdaşlarının, ekspertlərin qatıldıqları tədbirdə kurikulumların strukturu diqqətə çatdırılıb, təhsilalanların qiymətləndirilməsi formaları müzakirə olunub, o cümlədən kurikulumlara dair rəy və təkliflər dinlənilərək müvafiq düzəlişlər edilib.
Peşə standartları əsasında tərtib edilmiş kurikulumlar sahə üzrə mütəxəssislər, beynəlxalq və yerli ekspertlər, peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti tərəfindən birgə hazırlanaraq işəgötürənlər tərəfindən təsdiq olunub. Növbəti mərhələdə kurikulum əsasında tədris materialları və kitabların hazırlanması nəzərdə tutulub. Bu kurikulumlardan növbəti tədris ilindən pilot olaraq istifadə edilməsi, eləcə də qeyd edilən kurikulum formatı əsasında digər təhsil proqramlarının hazırlanması və yenilənməsi planlaşdırılıb.
Kəmalə Rəhimli