Azərbaycanlı tələbələr aqrar elmləri Almaniyanın hansı ali məktəblərində öyrənsələr yaxşıdır?

Azərbaycanlı tələbələr aqrar elmləri Almaniyanın hansı ali məktəblərində öyrənsələr yaxşıdır? Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən biridir. Dövlətimizin ölçülüb-biçilmiş siyasəti sayəsində bu sahədə böyük uğurlar qazanılıb. Bununla bərabər, ölkəmizdə bu sahədə ixtisaslı kadrlara ehtiyac duyulur.
Tehsil-press.az Almaniya universitetlərinin reytinqinin monitorinqi əsasında “QS World University Ranking 2018” reytinqi üzrə aqrar sektorda ən yaxşı təhsil proqramları təklif edilən beş ali məktəbi seçib. Həmin ali məktəblər bunlardır: Hoenhaym Universiteti, Gettingendəki Georq Avqust adına Universitet, Münxen Texniki Universiteti, Kristian Albrext adına Kiel Universiteti və Berlindəki Humboldt Universiteti.
Məsələn, Hoenhaym Universiteti Avropada aqrar fənlərin və ərzaq təhlükəsizliyinin əsaslarının öyrənilməsi üzrə aparıcı mərkəzlərdən biridir. Bu ali məktəbin “menyu”sunda üç bakalavr proqramı, on bir magistrlik və bir doktorluq proqramı var. Təklif edilən proqramların kurikulumu xeyli geniş olub, fənlərarası yanaşmanı və Aİ məkanındakı digər universitetlərlə tələbə mübadiləsini nəzərdə tutur. Tələbələrə ən iri eksperimental kənd təsərrüfatı məkanlarında təcrübə keçmək imkanı verilir. İngilisdilli proqramlar ikili dərəcə (Double-Degree-Studiengänge) alınmasını nəzərdə tutur. Hoenhaym Universiteti bütün dünyada təqribən 100 ali məktəblə əməkdaşlıq edir. Bu universitetdə təhsil və elm sıx bağlıdır. Məsələn, Almaniya ali məktəblərinin keyfiyyət təşəbbüsü çərçivəsində həyata keçirilən “Humboldt reloaded” layihəsi tələbələr hələ bakalavriat səviyyəsində elmi-tədqiqat layihələrinə cəlb edilir.
“Kənd təsərrüfatı, qidalanma, ətraf mühit” (VDL) peşə birliyinin alman və ingilis dillərində təqdim edilən AGRARstudieren.de saytında daha ətraflı məlumat almaq olar.
Bundan əlavə, alman və ingilis dillərində təqdim edilən “Ali məktəb kompleksi” (Hochschulkompass) vasitəsilə “Agrarwissenschaft” (aqrar elmlər), “Agrarwirtschaft” (kənd təsərrüfatı), “Ökologische Landwirtschaft” (ekoloji kənd təsərrüfatı), “Umweltmanagement” (ekoloji menecment), “Ernährungswissenschaften” (qidalanma haqqında elmlər), “Oecotrophologie” (ekotrofologiya), “Lebensmitteltechnologie” (yeyinti texnologiyaları), “Aquakultur” (akvakultura), “Fischereiwissenschaften” (balıqçılıq haqqında elmlər), “Forstwissenschaften” (meşəçilik) və “Weinbau” (şərabçılıq) açar sözləri üzrə axtarış aparmaq olar.

Vüqar Seyidov

Oxşar xəbərlər