Putin sözünü səhv başa salan tərcüməçiyə “bandit” dedi - Video

Putin sözünü səhv başa salan tərcüməçiyə “bandit” dedi - Video Rusiya prezidenti Vladimir Putinin ötən gün baş tutan Beynəlxalq Arktika Forumu çərçivəsində İsveç baş naziri Stefan Stefan Lövfenlə ikitərəfli görüşü zamanı maraqlı hadisə yaşanıb.
Rusiya dövlət başçısı Lövfenə sözünü düzgün çatdırmayan tərcüməçiyə zarafatla irad tutub. Belə ki, tərcümə Putinə məlum ingilis dilində deyil, isveç dilində həyata keçirilsə də, o isveçli rəsmiyə ünvanladığı “dost” sözünün “tərəfdaş” kimi izah edildiyini anlayıb.
“Mən “dostlar” dedim, o isə (tərcüməçi-red.) “tərəfdaşlar” dedi. Sadəcə banditdir!”, - deyə Putin tərcüməçi ilə zarafat edib.



Tehsil-press.az


Oxşar xəbərlər