Putinə üzük hədiyyəsi

Putinə üzük hədiyyəsi Hokkey üzrə ikiqat olimpiya çempionu Vladimir Petrov Rusiya prezidenti Vladimir Putinə çempionatda qələbənin şərəfinə qeyri-adi hədiyyə verib.

Tehsil-press.az ANSpress-ə istinadən xəbər verir ki, Petrov siyasətçiyə üzük təqdim edib.
Hadisə Kazanda bədən tərbiyəsinin və idmanın inkişafı üzrə prezident şurasının iclası zamanı baş verib. Olimpiya çempionu dövlət başçısı Vladimir Putinə 2015-ci il hokkey üzrə Rusiya çempionatının qalibinin üzüyünü hədiyyə edib.
"Biz keçən il də çempion olduq. Amma sizə hədiyyə təqdim etmədilər. Biz bilirik ki, siz "ordu" hokkeyini sevirsiniz. Buna görə mən sizə hədiyyə etmək istəyirəm", - deyə Vladimir Petrov Putinə bildirib.
Putin idmançıya təşəkkür edib və üzüyü qəbul edib.

tehsil-press.az

Oxşar xəbərlər