AzMİU-da tələbələrin istehsalat təcrübəsinin təşkilinə xüsusi əhəmiyyət verilir

AzMİU-da tələbələrin istehsalat təcrübəsinin təşkilinə xüsusi əhəmiyyət verilir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin təhsil aldıqları müddətdə topladıqları nəzəri biliklərini praktik qabiliyyətə çevirmək məqsədilə istehsalat təcrübəsinin təşkilinə xüsusi əhəmiyyət verilir. Hər il olduğu kimi, bu il də universitetin tələbələri ikinci semestrin ilk günündən ixtisaslarına uyğun olan istehsalat müəssisələrində təcrübəyə yollanıblar.
Prorektorlar Ülkər Səttarova və Akif Qasımovun rəhbərliyi ilə təcrübə və karyera şöbəsinin əməkdaşları, kafedra müdirləri həmin müəssisələrdə yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər.
AzMİU-nun nümayəndə heyəti bu günlərdə “Baku Steel Company”, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, “ArchiCO Engineering Group” MMC, “Qrant Proje” MMC, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təcrübəyə cəlb olunan tələbələrlə görüşüblər. Görüşdə buraxılış mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları, eləcə də digər məsələlər barədə müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-da tələbələrin istehsalat təcrübəsinin təşkilinə xüsusi əhəmiyyət verilir


Oxşar xəbərlər