KİV: Ağır xəstəliyə düçar olan Ancelina Coli vəsiyyət yazdı

KİV: Ağır xəstəliyə düçar olan Ancelina Coli vəsiyyət yazdı KİV: Ağır xəstəliyə düçar olan Ancelina Coli vəsiyyət yazdı
Hollivudun məşhur aktrisası Ancelina Colinin vəsiyyət yazdığı ortaya çıxıb.
Colinin son günlər daha bir xəstəliyi tutulduğu üzə çıxıb. Bu səbəbə görə, Coli arıqlayaraq, 42 kiloqram çəkiyə düşüb.
Hətta, Ancelina vəsiyyətnamə də yazıb. Onun var-dövlətinin çox hissəsini 17 yaşlı oğlu Meddoksa vəsiyyət etdiyi deyilir. Coli Meddoksu Pittlə yenicə görüşməyə başladığı zaman övladlığa götürmüşdü. Daha sonra Bred də rəsmən onu övladı kimi qəbul edib.
“Boşanma zamanı Meddoks anasının tərəfini tutaraq onunla qalmaq istəyib”,- deyə mənbə yazıb. Digər övladlarının Ancelinadan nəsə alacağı haqda hələ məlumat yoxdur. Ancelinanın yerdə qalan var-dövlətini digər uşaqları arasında bölüşdürəcəyi söylənilir.
Ancelina Coli heç vaxt doğma uşaqları ilə övladlığa götürdüklərini ayırmayıb.
Qeyd edək ki, bir neçə gün öncə Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pitt rəsmən boşandıqlarını bəyan ediblər.

Rəşad Əliyev


Oxşar xəbərlər