Ancelina Coli yeni filmə çəkilir

Ancelina Coli yeni filmə çəkilir "Disney" kinostudiyası gələcək layihələri haqda açıqlama yayıb

Tehsil-press.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yeni siyahıda "Malefisenta" filminin ikinci hissəsi də var. Baş rolda yenə də Ancelina Coli çəkiləcək.
Yeni filmin 2017-ci il mayın 9-da təqdim ediləcəyi gözlənilsə də, "Disney"in yeni film premyeraları təqvimində müxtəlif vaxtlara rast gəlmək mümkündür: 2017-ci il 28 iyun, 2018-ci il və hətta bəzi mənbələrdə 2019-cu ilin sonunda adı məlum olmayan filmlərin premyerası qeyd edilib.
Kinostudiya bu tarixləri "Kruella", "Cəngəlliklərə səyahət", "Ulduz mübaribələri", "Meri Poppins" və s. yeni filmlərin premyerası kimi də qeyd etdiyi üçün hansı filmin nə zaman təqdim olunacağı bəlli deyil.

tehsil-press.az

Oxşar xəbərlər