Ancelina Coli heyranlarını şoka saldı

Ancelina Coli heyranlarını şoka saldı Colinin qolunun demək olar ki, skuterin əl tutacağı incəliyində olduğu şəkillərdən aydın görünür.

Son günlər dünya şöhrətli aktrisa Ancelina Colinin həddindən artıq arıqlamış fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tehsil-press.az-ın məlumatına görə, bir müddət öncə xəstəlik keçirdiyi və bu səbəbdən "əriməyə" başladığı xəbərləri ilə gündəmə gələn dünya şöhrətli aktrisa son görüntüləri ilə sevənlərini yenidən həyəcanlandırıb.
Bu gün kiçik qızı Vivienne ilə birlikdə Hollivudda bir marketdə alış-veriş edərkən görüntülənən 40 yaşlı ulduz geyindiyi ağ rəngli donu ilə nə qədər arıq olduğunu bir qədər də nəzərə çarpdırıb.
Qızı Vivienne kimi Skuter sürən Colinin qolunun demək olar ki, skuterin əl tutacağı incəliyində olduğu şəkillərdən aydın görünür. Bu görüntülər aktrisanın xəstə olduğu barədə söz-söhbətləri bir daha gündəmə gətirib.
Ancelina Coli heyranlarını şoka saldı
Ancelina Coli -aktrisa

Aprel ayında "National Enquirer" jurnalı tərəfindən aktrisa haqqında qorxunc iddia ortaya atılıb. İddiaya görə, Coli xərçəng və anoreksiya xəstəliyindən əziyyət çəkir. Hətta həyat yoldaşı Bred Pittin ona "Sağlam qidalanmağa başlamasan səndən boşanacağam"-, deyə hədələdiyi də bildirilib.
Ancelina Coli və Bred Pittin 6 uşağı var - 3 qız, 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı isə Ancelina övladlığa götürüb. Aktrisa bir neçə dəfə əməliyyat olunub. Müxtəlif vaxtlarda keçirilən əməliyyatlar zamanı onun yumurtalıqları, süd vəziləri götürülüb. Ancelina Coli doğuş qabiliyyətini itirib.
Ancelina Coli heyranlarını şoka saldı
Ancelina Coli, Bred Pitt və uşaqları

Ötən həftə məşhur aktrisa "BBC"də beynəlxalq miqrasiya problemi ilə bağlı proqramda iştirak edən zaman onun ayaqları hər kəsi şoka salıb. Aktrisanın ayaqlarının sümükləri aşkar görünüb. Colinin sürətlə arıqlaması onun pərəstişkarlarını narahat edib.


Tehsil-press.az

Oxşar xəbərlər