İmtahanda köçürməyə şərait yaradan müəllimlər “qara siyahı”ya salınır

İmtahanda köçürməyə şərait yaradan müəllimlər “qara siyahı”ya salınır Bu il buraxılış imtahanlarında köçürülməyə şərait yaratdığına görə, nəzarətçi müəllimlərin 12%-i ilə bağlı təhsil şöbələrinə məlumat göndərilib.
Bu barədə məlumatı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə verib. O bildirib ki, bu zaman onlar qara siyahıya düşür və əmək haqqı almır:
"Köçürmə halı baş verdiyi təqdirdə nəzarətçilər mütləq cəzalandırılır. Köçürməyə cəhd edənlər əsasən 100 baldan aşağı şagirdlərdir və adətən onların balı ləğv olunmur. Çünki onlar onsuz da növbəti mərhələyə keçid imkanı qazanmır".

Günel Hacı

Oxşar xəbərlər