Məleykə Abbaszadə: Azərbaycanda buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

Məleykə Abbaszadə: Azərbaycanda buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq Azərbaycanda gələcəkdə ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, ötən il ali məktəblərə qəbul olmaq istəyən, lakin rus bölməsinin məzunları arasında heç bir ali məktəbə qəbul olmayanların Azərbaycan dili fənni üzrə ötənilki nəticələri builki qəbul imtahanlarında da nəzərə alınıb:
"Yəni onların nəticələri 2 il qüvvədədir. Nəzərdə tutulur ki, bu ildən yox, gələcəkdə buraxılış imtahanlarının nəticələri də ən azı 2 il qüvvədə olsun. Bunun tətbiqi üçün isə vaxt lazımdır".

Tehsil-press.az

Oxşar xəbərlər