
Ekskursiya çərçivəsində iştirakçılar "Azərkosmos ASC" -nin peşəkar bələdçiləri tərəfindən Yerüstü Peyk İdarəetmə Mərkəzinin inzibati binası, əməliyyat otağı, təlim və inkişaf mərkəzi, milli peyklərimizlə əlaqəni təmin edən peyk antenləri meydançası ilə tanış olub, onlara "Azərkosmos" ASC-nin kosmik bilik və bacarıqları təşviq edən sosial layihələri, peyk təsvirləri, rəqəmsal xəritələrin alınması və s. haqda geniş məlumatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra mərkəzin "Tusi zalı"nda əməkdaşlar tərəfindən iştirakçılar üçün Azərbaycanın kosmik sənayesi, Azərkosmos, kosmik peyk sistemləri və milli peyklərimiz haqda əhatəli təqdimat keçirilib.
Sonda dosent Mətanət xanım Əsgərova mərkəzin xatirə kitabına öz təəssüratlarını qeyd edib. Tələbələr və müəllimlər olduqca məhsuldar ekskursiyadan razı qalıb, belə tədbirlərin daha böyük çərçivələrdə reallaşdırılmasının vacibliyi vurğulanıb. Xatirə şəkli çəkdirilib.
Qeyd: həmçinin aşağıdakı videoda ekskursiyadan müxtəlif kadrlarla tanış ola bilərsiniz: https://youtu.be/N_eSB3vnib8
ADPU
Taleh MİRZƏYEV




