
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsiylə başlayan seminarı açmaq üçün çıxış edən dosent Mətanət Əsgərova bu tarixi hadisənin əhəmiyyətindən söz açıb, ACC üzvü və fakültənin birinci tədris ili tələbəsi olan Elsevər Cəlilovun bu təşəbbüsünün çox təqdirəlayiq hal olduğunu qeyd edib.
Söz seminarın təşəbüskarı Elsevər Cəlilova verilib. O qeyd edib ki, bu tədbirin təşkilində əsas məqsəd tarixi hadisələri yaşatmaq və mahiyyətini dərk etmək fikrindən qaynaqlanır. Elsevər deyib: “Mənim bu təşəbüüsüm ACC ADPU filialı və ADPU Tarix və Coğrafiya fakültəsinin rəhəbərliyi tərəfindən dərhal müsbət cavablandırıldı və bizə könüllü tələbələrlə birgə qısa zaman ərzində tədbirin təşkili üçün hər cür şərait yaradıldı...”
ACC fəalı, istedadlı tələbə, Coğrafiya müəllimliyi ixtisasının 301-ci qrup tələbəsi Ramil Ramizov Çanaqqala savaşı haqda hazırladığı təqdimatla çıxış edib, tələbələrə bu tarii savaşın maraqlı məqamlarından əyani surətdə fotofaktlarla söz açıb. Təqdimatın sonunda “Çanaqqala Zəfəri” adlı videoçarx nümayiş olunub.
Sonra söz ekspert Taleh Cəfərova verilib. Natiq çıxışında Çanaqqala savaşının baş verdiyi tarixi şərait, bu zaman Osmanlı imperiyasının qarşılaşdığı gərgin geosiyasi vəziyyət, birinci cahan savaşı fonunda türk millətinin inamı ilə qazanılan və böyük qələbənin bir dönüş nöqtəsi olduğunu vurğulayaraq bu zəfərin sirlərinin hər bir tələbə-gənc üçün şəxsi və ictimai örnək ola biləcəyini bildirib.
Tədbirin yekununda vətənpərvərlik marşları səsləndirilib, tələbələrin sualları ətrafında müzakirələr davam etdirilib.
ADPU, III kurs, bakalavriat tələbəsi Taleh Mirzəyev
