ADPU-nun qiyabi təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilib

ADPU-nun qiyabi təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilib Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qiyabi təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, qiyabi təhsilalan təşrübəçi tələbələr, Təcrübə Komissiyanın üzvləri, fakültə dekanları, metodistlər, təcrübə keçirilmiş orta məktəblərin rəhbərləri iştirak ediblər. Konfrans iştirakçıları öncə tələbələrin pedaqoji təcrübə fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Konfransı giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-nun qiyabi təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin nəticələri barədə” məruzə ilə çıxış edib. Bildirib ki, ADPU-nun qiyabi təhsil alan sonuncu tədris ili tələbələri müvafiq ixtisasların tədris planlarına uyğun olaraq yanvarın 19-dan fevralın 15-dək 9 məktəbdə pedaqoji təcrübədə olublar. Pedaqoji təcrübədə 166 nəfər tələbə iştirak edib. 6 fakültənin qiyabi təhsil alan tələbələri 7 ixtisas üzrə- “İbtidai sinif müəllimliyi”; Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”; “Tarix müəllimliyi”; “Coğrafiya müəllimliyi”; ”Riyaziyyat müəllimliyi”; ”Biologiya müəllimliyi”; ”Texnologiya müəllimliyi” ixtisasları üzrə pedaqoji təcrübə keçiblər. 5 nəfər tələbə hazırda öz ixtisası üzrə müəllim işlədikləri məktəblərdə pedaqoji təcrübə keçib. Onlardan 4 nəfəri İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi”, 1 nəfəri Tarix və coğrafiya fakultəsinin “Tarix müəllimliyi” ixtisası üzrə yaşadığı rayonda pedaqoji təcrübə keçib. Pedaqoji təcrübə Təhsil Nazirliyinin tabeliyindəki 2 məktəbdə (132-134 nömrəli təhsil kompleksi və Kimya-biologiya təmayüllü Respublika liseyində) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 6 tam orta məktəbdə təşkil edilib. Müəllim və tələbələr pedaqoji təcrübənin səmərəli, yüksək səviyyədə keçməsi üçün böyük səy göstəriblər. Müəllim və tələbələr 4 həftəlik pedaqoji təcrübə müddətində məktəb direktorları, pedaqoji kollektivlər, fənn müəllimləri və sinif rəhbərləri ilə əməkdaşlıq şəraitində çalışıblar.
ADPU-nun metodist müəllimləri pedaqoji təcrübə keçirilən məktəblərin fənn müəllimləri ilə birgə tələbələrin sınaq və açıq dərslərinə mükəmməl hazırlıq işləri aparıb, müəllimlər tərəfindən onların dərsləri dinlənilib, təhlil edilib, tələbələrin bilik, bacarıq və qabiliyyətləri ixtisas müəllimləri tərəfindən obyektiv qiymətləndirilib. Məktəb direktorları tərəfindən ADPU-nun rəhbərliyinə tələbələrin pedaqoji təcrübədə fəal iştirak etmələrinə görə minnətdarlıq məktubları göndərilib.
Dosent Eldar Aslanov çıxışında məktəblərdə müəllim və tələbələrə lazımi şərait yaratdıqları üçün məktəblərin direktorlarına təşəkkür edib.
Filologiya fakültəsinin pedaqoji təcrübə rəhbəri, dosent Pəri Paşayeva, Təcrübə Komissiyasının üzvü, dosent Fəxrəddin Yusifov, Bakı şəhəri, Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova çıxış edərək pedaqoji təcrübənin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Konfransda tələbələrin pedaqoji təcrübəsini əks etdirən slaydlar təqdim olunub. Tələbələr çıxış edərək pedaqoji təcrübə müddətində onlara göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə, pedaqoji təcrübə rəhbərlərinə, metodist müəllimlərə, məktəb direktorlarına minnətdarlıq ediblər. Konfransda pedaqoji təcrübədə fəal iştirak edən tələbələrə diplomlar təqdim edilib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov konfransa yekun vuraraq ali məktəblə orta məktəblər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb, pedaqoji təcrübənin yüksək səviyyədə təşkil edilməsinə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova və bu işdə əməyi keçən hər kəsə təşəkkür edərək tələbə-gənclərə uğurlar arzulayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun qiyabi təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilib

Oxşar xəbərlər