Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq? Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın hərarəti yarımadada 22-26° isti, Bakıda 24-26° isti təşkil edəcək.
Rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aranda 23-28° isti, dağlarda 15-18° isti təşkil edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər