ADAU-nun rektoruna daha bir mükafat təqdim edilib

ADAU-nun rektoruna daha bir mükafat təqdim edilib Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov daha bir mükafatla təltif edilib.
Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə “İslahatçı Gənclər” İctimai Birliyi ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycanda dövlət gənclər siyasətinin inkişafında xidmətlərinə və tələbələrə göstərdiyi qayğıya görə Gənclərin Dostu Milli Mükafatına layiq görüldüyü üçün təltif edilib.
Mükafatı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı təqdim edib Fərid Şahbazlı bildirib ki, ADAU sözün həqiqi mənasında nümunə göstəriləsi təhsil müəssisəsidir və biz Universitetdə gənclərə qayğını daim izləyirik. Bunlar bizi çox qürurlandırır. Paytaxtan 360 kilometr uzaqda belə bir təhsil ocağının olması ancaq ölkəmizə baş ucalığı gətirir.
Rektor İbrahim Cəfərov mükafatla əlaqədar minnətdarlıq edib və bildirib ki, Azərbaycan bu gün Ulu öndər Heydər Əliyevin siyasəti ilə yaşayır və cənab Prezident İlham Əliyevin gücü və siyasi iradəsi ilə dinamik inkişaf ömrü yaşayır. Təkcə son zamanlar 150-dən çox gənc müəllim işə götürülüb. Uğurlarımız Prezidentin dəstəyi nəticəsində əldə edilib. Kənd Təsərrüfatı nazirinin də qayğısını hər an görürük. Biz daim gəncliyin, tələbənin yanındayıq.

ADAU-nun Mətbuat Xidməti


ADAU-nun rektoruna daha bir mükafat təqdim edilib

ADAU-nun rektoruna daha bir mükafat təqdim edilib

ADAU-nun rektoruna daha bir mükafat təqdim edilib

ADAU-nun rektoruna daha bir mükafat təqdim edilib

Oxşar xəbərlər