İğtişaşların ardı-arası kəsilmir: 8 ölü, 79 yaralı

İğtişaşların ardı-arası kəsilmir: 8 ölü, 79 yaralı İndoneziyada ikinci dəfə prezident seçilən Coko Vidodoya qarşı baş qaldıran iğtişaşlar davam edir. Kütləvi iğtişaşlar nəticəsində 8 nəfər həyatını itirib. Paytaxt Cakartanın qubernatorunun sözlərinə görə, yaralıların sayı 79 nəfərə çatıb. Mayın 23-də ciddi toqquşmalar seçkilərə nəzarət ştabının yaxınlığında baş verib. Etirazçılar polislərin üstünə içində yandırıcı maddə olan butılka atıb. Polislər isə iğtişaşçıları yatırtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Kütləvi iğtişaşların görüntüləri “TicToc by Bloomberg”in Tvitter hesabında paylaşılıb.

Tehsil-press.az

Oxşar xəbərlər