
Qəzzadakı üsyançılara qarşı atılan bu addımda 16 fələstinli ölüb, 257 nəfər yaralanıb.
İsrail fələstinlilərə qarşı silahla yanaşı, gözyaşardıcı qazdan da isitfadə edib.
İşğalçı İsrail əsgərlərinin qətlə yetirdiyi fələstinlilərin sayı 52-yə çatıb, 2410 nəfər isə yaralanıb. Onlardan 448-i güllə yarası alıb.
Məlumata görə, İsrail əsgərləri dronlar vasitəsilə etirazçıların üzərinə qaz kapsulları atır.
***
Son məlumatlara görə, ölənlərin sayı 55-ə, yaralananların sayı isə 2771-ə çatıb. Yaralılar arasında 9 jurnalistin olduğu da bildirilir.
Tehsil-press.az