Argentinanın paytaxtında iğtişaşlar nəticəsində 81 nəfər xəsarət alıb

Argentinanın paytaxtında iğtişaşlar nəticəsində 81 nəfər xəsarət alıb Argentinanın paytaxtı Buenos-Ayres şəhərində polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 81 nəfər xəsarət alıb
Onlardan 48-in asayiş keşikçisi, 33-ün etirazçı olduğu bildirilir.
İğtişaşlar nəticəsində 48 nəfər saxlanılıb.
Qeyd edək ki, Argentina paytaxtında pensiya islahatına qarşı nümayiş iğtişaş və polislə qarşıdurma ilə nəticələnib. Hazırda ölkə konqresinin Deputatlar Palatasında pensiyalara dair qanun layihəsi müzakirə olunur. Etirazçılara görə, qanunun qəbul edilməsi pensiyaların miqdarını azaldacaq.




Tehsil-press.az

Oxşar xəbərlər