Bu gün Azərbaycanda Ramazan bayramıdır

Bu gün Azərbaycanda Ramazan bayramıdır Bu gün Azərbaycanda Ramazan bayramıdır.
Ölkədə Ramazan ayı mayın 6-da başlayıb. Fitr bayramı isə iyunun 5-nə təsadüf edir.
Azərbaycanda Ramazan bayramı iki gün - iyunun 5-i və 6-da qeyd edilir və həmin günlər rəsmi olaraq qeyri-iş günləri hesab olunur.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.
QMİ Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Tehsil-press.az

Oxşar xəbərlər