Azərbaycanda Ramazan bayramının qeyd edilməsi ilə əlaqədar ölkənin bütün məscidlərində bayram namazı qılınıb. Bu ayın başa çatması münasibətilə saat 09:00-dan etibarən minlərlə vətəndaş məscidlərə gəlib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazını Təzəpir məscidində qılıb.