Məktəbli avtobusu qəzaya uğradı - 22 şagird öldü

Məktəbli avtobusu qəzaya uğradı - 22 şagird öldü Nigeriyanın Kano ştatında ağır yol qəza hadisəsi baş verib.
Məlumata əsasən, məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində azı 22 məktəbli və avtobusun sürücüsü həlak olub. Daha 3 nəfər isə xəsarət alıb. Ölənlərdən 12-si oğlan 10 isə qız şagird olub.
Məktəblilərin yerli radiostansiyaya ekskursiyaya aparıldığı bildirilib.
Polisin məlumatına görə, qəzaya hər iki sürücünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər