Çinin Cilin vilayətində baş verən 2,3 bal gücündə zəlzələ nəticəsində 9 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb. Zəlzələ yerli vaxtla saat 20:00 radələrində baş verib. Hazırda axtarış-xilasetmə əməliyyatı yekunlaşıb, yerin altında işləyən bütün mədənçilər çıxarılıb. Yerli hakimiyyət hadisənin səbəblərini araşdırmağa başlayıb.