Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları interaktiv axtarış metodları haqqında məlumatlandırılıb

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları interaktiv axtarış metodları haqqında məlumatlandırılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “EBSCOhost” platformasında interaktiv axtarış mövzusunda təlim keçirilib.
Təlimi Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun direktoru və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının innovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova aparıb. Təlimdə platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin tapılması, dərc olunacaq məqalələrə qoyulmuş tələblər və s. barədə məlumat verilib və saytdan istifadə əyani şəkildə nümayiş etdirilib. Beləliklə, institutun əməkdaşları interaktiv axtarış metodları haqqında nəzəri və təcrübi biliklərə yiyələniblər.
Qeyd edək ki, təlim Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər