Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib

Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib.
Ermənişünaslıq şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarı Qafqazşünaslıq İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Musa Qasımlı açıb.
Seminarda ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev “Ermənistanda daxili ictimai-siyasi şərait”, şöbənin əməkdaşları - Aydın Eyvazov “Ermənistanda daxili hərbi-siyasi şərait”, Turan İsmayılova “Ermənistanda cari ilin ictimai-siyasi şəraitinin təhlili” mövzularında məruzə ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər